EN

Gəncədə şəhidlərə ucaldılmış heykəlin mərmər üzlüyünü qırıblar

ain.az, Azpost saytına istinadən bildirir.

Ötən gün gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən İstiqlal parkının ərazisində yerləşən və 44 günlük Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsinə ucaldılmış heykəlin mərmər üzlüyünün bir neçə hissəsi qırılaraq zədələnib.

İstiqlal parkında şəhidlərin ruhuna hörmətsizlik edənlər istirahət məkanında heykəlin və ərazidə mövcud olan şəhid şəkillərinin işıqlandırılması üçün nəzərdə tutulan sistemə də ziyan vurublar.

Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində işlər görülür.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
10
azpost.info

10Sources