EN

Qarabağ ın sabiq qolkiperi tütünə görə cəzalana bilər

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Spartak"ın keçmiş çinli həkimi Liu Honşen bildirib ki, "Qarabağ"ın sabiq, Moskva "Dinamo"sunun hazırkı qolkiperi Andrey Lunyov tütün çeynədiyinə görə cərimələnməlidir. Sport24.az xəbər verir ki, çinli mütəxəssis bununla bağlı "Sport-Ekspress"ə açıqlama verib:

"Çeynəyən tütünü istifadə edə bilməzsən, təhlükəlidir! Bunu gizli edən futbolçular var. Ancaq bunu edə bilməzsən! Snus yumşaq narkotikdir. Mənim vaxtımda "Spartak"da bunu edənlər var idi. Klub belə oyunçuları cərimələməlidir, qoy 50 min dollar olsun. Çeynəmək istəyirsən? Pulunu ödə".

Qeyd edək ki, aktivində 5 xal olan "Dinamo" hazırda turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. "Ağ-göylər"in qələbəsiz seriyası 4 matça çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
48
sport24.az

10Sources