ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinə təyinat alıb.
Futbolpress.az xəbər verir ki, o, Sloveniya təmsilçisi “Çelye” ilə Çexiyanın “Banik” klubu arasında keçiriləcək ilk oyunu idarə edəcək.
Məsiyevə laynsmenlər Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Fərid Hacıyev dördüncü hakim, Rəşad Əhmədov isə VAR-assistent funksiyasını yerinə yetirəcək.
Hakimlərin işinə isə Şotlandiyadan olan hakim-inspektor Vilyam Kollum qiymət verəcək.
Qeyd edək ki, qarşılaşma avqustun 21-də Sloveniyada baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.