EN

Mançester Yunayted in hücumçusu Napoli nin hədəfində

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Napoli"nin hücumçusu Romelu Lukaku zədə səbəbindən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Sportal.az xəbər verir ki, İtaliya çempionu heyətinə yeni forvard cəlb etməyi planlaşdırır. Bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.

"Napoli"nin əsas hədəfi "Mançester Yunayted"də çıxış edən Coşua Zirkzedir. Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte niderlandlı futbolçunu komandasında görmək istəyir.

Qeyd edək ki, "Mançester Yunayted" Coşua Zirkzeni ötən ilin yayında "Bolonya"dan transfer edib. Niderland millisinin üzvü olan 24 yaşlı hücumçu "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
59
11
sportal.az

10Sources