EN

Simeonenin uğurlu seriyası qırıldı

"Atletiko" baş məşqçisi Dieqo Simeonenin rəhbərliyi altında ilk dəfə İspaniya çempionatına məğlubiyyətlə başlayıb.

Publika.az xəbər verir ki, bu, İspaniya La Liqasının 1-ci turunda keçirilən oyunda "Espanyol"a səfər oyunundan (1:2) sonra müəyyənləşib. 2011-ci ildən Madrid komandasına rəhbərlik edən argentinalı mütəxəssis buna qədər heç vaxt mövsüm startında məğlub olmayıb.

Bundan əlavə, "matrasçılar" La Liqanın start oyununda sonuncu dəfə 2009-cu ildə uduzmuşdular.

Chosen
17
19
publika.az

10Sources