EN

Zəngəzur dəhlizi ilə bağlı narahatlığımız aradan qalxdı – Araqçı

  “Ermənistanın cənubundan keçən nəqliyyat yolu (Zəngəzur dəhlizi – red.) iqtisadi baxımdan İrana zərər vura bilər”.

Referans  xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Araqçı deyib.

O bildirib ki, məsələ son illərdə regionda strateji və həssas mövzuya çevrilib:

 
“Əsas narahatlığımız regionun geosiyasi vəziyyətinin dəyişməsidir. Yəni beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməsi, suverenlik və ərazi bütövlüyünə xələl gətirilməsi kimi halların baş verməsidir. Məsələn, Ermənistan ərazisinin bu məqsədlə istifadə olunması belə nəticələrə gətirib çıxara bilər”.

Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında imzalanmış birgə bəyannamədə hər iki tərəf açıq şəkildə mövcud sərhədlərin toxunulmazlığını qəbul edib:

“Biz əvvəldən bu məsələdə qəti mövqeyimizi bildirmişik və bu istiqamətdə ciddi addımlar atmışıq. Hazırda isə Ermənistan və Azərbaycan arasında imzalanmış birgə bəyanatda açıq şəkildə qeyd olunub ki, tərəflər regionun mövcud sərhədlərinin dəyişməzliyini qəbul edirlər, bütün region ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edirlər. Bu baxımdan, hazırda geosiyasi narahatlıqlar aradan qalxmış kimi görünür”./Globalinfo.az  

Chosen
20
50
referans.az

10Sources