EN

Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirilib - VİDEO

Azərbaycan Sərhəd Mühafizəsi 106-cı ildönümünü Dövlət Sərhəd Xidmətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında çətin və şərəfli inkişaf yolu keçərək güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir hərbi arsenala malik, iqlim və relyefindən asılı olmayaraq Vətənimizin quru və su sərhədlərini peşəkar şəkildə qorumağa qadir bir qurum kimi qarşılayır. Bildirilib ki, bu münasibətlə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, “Sərhədçi” Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 106-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.

Prezident İlham Əliyevin 16 avqust 2025-ci il tarixli sərəncamları şəxsi heyətə elan edilmiş, zabitlərə ali hərbi rütbələr təqdim olunmuş, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndirilib.

Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərənnüm edən “Sərhədin 106 ili” filmi nümayiş olunub.

Chosen
31
2
herbiand.az

10Sources