EN

CNN: Kiyev və Avropa Ukraynada sülhün əsas maneəsinə çevrilə bilər - ÖZƏL

CNN-in yazdığına görə, Ukrayna rəhbərliyi və Avropa liderləri Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların uğurla başa çatmasının qarşısını ala biləcək əsas maneələrə çevrilə bilərlər. Olaylar.az xəbər verir ki, məlumata əsasən, 18 avqustda Ağ Evdə Rusiya ilə Ukrayna arasında mümkün "ərazi mübadiləsi" mövzusunun gündəmə gətirilməsi Kiyev və onun müttəfiqləri üçün "qırmızı xətt" hesab olunur. Kanal qeyd edir ki, bu mövqe ABŞ prezidenti Donald Trampın dəstəklədiyi "tez razılaşma"nın əldə olunmasına mane ola bilər.
Həmin gün ABŞ-də prezident Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Zelenski ilə birlikdə bir sıra Avropa liderlərinin də Vaşinqtona səfəri planlaşdırılır. NBC News-un məlumatına görə, görüşdə Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsi də müzakirə olunacaq. Bundan əvvəl, 15 avqustda Alyaskadakı hərbi bazada Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında üç saatlıq görüş baş tutub. Putin danışıqlardan sonra verdiyi açıqlamada Ukrayna münaqişəsinin əsas mövzu olduğunu bildirib və iki ölkə arasında yeni əməkdaşlıq səhifəsinin açılmasının vacibliyini vurğulayıb. O, həmçinin Trampı Moskvaya dəvət edib. Tramp isə əldə edilən müəyyən irəliləyişlərə baxmayaraq, bütün məsələlər üzrə razılıq əldə olunmadığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
50
olaylar.az

10Sources