Misli premyer-liqasının 2025/26 mövsümünün ilk turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Kəpəz” (3:0) qarşılaşması "kimyaçılar"ın futbolçusu Kənan Feyziyev üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Akademiyanın yetirməsi premyer-liqada debüt oyununa çıxıb.
Qeyd edək ki, Kənan buna 18 yaş 234 günlüyündə nail olub.