EN

Polis Göyçayda əməliyyat keçirdi: 12 kiloqram narkotik aşkarlandı

Bakı.Trend:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləriəməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən küllimiqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,tədbirlərlə əvvəllər məhkum olunmuş 54 yaşlı Vəli Quliyev və 35yaşlı Nuranə Məmmədzadə saxlanılıb. Onlardan 10 kiloqrama yaxınmarixuana, 2 kiloqram 280 qram tiryək və 425 ədəd psixotroptərkibli həb aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələriİran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər.Məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkantədbiri seçilib.

Keçirilən digər əməliyyatlarla Göyçayda narkotik vasitələrinqanunsuz dövriyyəsi ilə məşğul olan Tural Alıyev və daha 9 nəfərsaxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkarolunub.

Chosen
30
50
az.trend.az

10Sources