EN

Tarix boyu dövlətlər arasında baş verən münaqişələr, müharibələr və qarşıdurmalar yalnız insan itkiləri və dağıntılarla nəticələnməyib, həm də uzunmüddətli siyasi, iqtisadi və sosial fəsadlar yaradıb » AzadMedia.az


Prof. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü


Bu cür qarşıdurmaların aradan qaldırılması və davamlı sabitliyin bərqərar olunması üçün sülh sazişləri mühüm rol oynayır.
Avqustun 8-də Vaşinqtonda gerçəkləsdirilən üçtərəfli görüş çox vacib hadisəyə çevrildi. Ermənistan Azərbaycan arasında sülh sazişi paraflandı. Sazişin paraflanması – yəni onun mətni üzərində razılıq əldə olunaraq ilkin təsdiqlənməsi – çox vaxt sülh prosesində dönüş nöqtəsi hesab olunur. Bu baxımdan, sülh sazişinin paraflanması yalnız diplomatik akt deyil, həm də tarixi hadisə kimi qiymətləndirilməlidir.
Bu cür razılaşmalar dövlətlər və xalqlar arasında uzunmüddətli sabitliyin, iqtisadi inkişafın və qarşılıqlı əməkdaşlığın əsasını qoyur.

Sülh sazişinin paraflanması təkcə münaqişə tərəfləri üçün deyil, həm də region və beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bu proses beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə birbaşa təsir göstərir. Paraflanmış sənəd, çox zaman beynəlxalq təşkilatlar – BMT, ATƏT, Aİ, və ya digər vasitəçilər tərəfindən dəstəklənir və beynəlxalq hüquqi çərçivəyə uyğun olaraq tanınır.
Sülh sazişində əks olunan əsas məsələlərdən biri də
Zəngəzur dəhlizinin açılması ilə bağlıdır . Belə ki, Naxçıvana maneəsiz keçid təmin olunur. Bu da mühüm geo-siyasi hadisədir. ABŞ isə bu layihənin həyata keçirilməsində qarant rolunu öz üzərinə götürüb .
Bir sözlə, bu proses həm Azərbaycan və Ermənistan üçün, həm də bütövlükdə regionda davamlı sülh və sabitliyin təmin olunması yolunda dönüş nöqtəsi kimi qiymətləndirilir. Hesab edirəm ki, qısa zamanda sülh sazişində əks olunan 17 maddəlik bənd icra olunmağa başlayacaq
Chosen
16
50
azadmedia.az

10Sources