Yazını böyüt
Yazını kiçilt
Avqustun 18-də Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub.
O saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.