21 mart 2025-dən bəri İrandan 1,2 milyon Əfqanıstan vətəndaşı çıxarılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İranın daxili işlər naziri Eskəndər Momeni deyib.
Onun sözlərinə görə, İrandan çıxarılan miqrant əfqanların 70%-i ölkəni tərk etmək üçün könüllü şəkildə müraciət edib.
Nazir qeyd edib ki, ilin sonunadək (20 mart 2026) İrandan 2 milyon Əfqanıstan vətəndaşının öz ölkəsinə qaytarılacağı gözlənilir.