EN

Yeri maqnit qasırğası vuracaq - TARİX

Avqustun 19-da Yer kürəsini bu ayda ikinci maqnit qasırğası vuracaq.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyasının saytında məlumat verilib.
 

Qasırğa bir və ya iki gün davam edəcək və orta gücdə olacaq. Səbəb Günəşdə nəhəng tac dəliyi - təxminən yarım milyon kilometr ölçüsündə qaranlıq bir sahənin əmələ gəlməsidir.


Günəş küləyinin sürəti bu gün artmağa başlayacaq və sabaha qədər, demək olar ki, üç dəfə - saniyədə 300-dən 800-900 kilometrə qədər arta bilər. Yerin maqnit sahəsinə ən güclü zərbə çərşənbə axşamı gözlənilir və nəticələri çərşənbə günü hiss oluna bilər.

Analoji qasırğa artıq ayın əvvəlində - avqustun 8-9-da baş verib.

Alimlər vəziyyəti izləməyə davam edirlər və yeni məlumatlar daxil olduqca proqnozu yeniləyəcəklər. (oxu.az)

Bizim.Media

Chosen
30
50
bizim.media

10Sources