EN

Moskva və Kiyev güzəştə getməyincə sülh olmayacaq - Dövlət katibi

Moskva və Kiyev qarşılıqlı şəkildə güzəştə getməyincə, sülh əldə etmək mümkün olmayacaq.

Azreform.info  xəbər verir ki, belə bir bəyanatla ABŞ dövlət katibi Marko Rubio çıxış edib.

"Hər iki tərəf güzəştə getməyincə, sülh sazişi əldə etmək mümkün deyil. Bu faktdır. Bu, praktik olaraq istənilən danışıqlar üçün ədalətli yanaşmadır. Əgər belə deyilsə, buna kapitulyasiya deyilir. Heç bir tərəf təslim olmayacaq. Deməli, hər iki tərəf təslim olmaq məcburiyyətində qalacaq", - ABŞ dövlət katibi bildirib.

Rubio bildirib ki, Putin və Tramp arasında müharibəyə son qoymaq üçün Alyaskada aparılmış son danışıqlar potensial razılaşma sahələrini müəyyən etdiyimiz mənasında irəliləyiş əldə edib, lakin bəzi ciddi fikir ayrılıqları hələ də qalmaqdadır.

"Biz hələ də sülh razılaşması əldə etməkdən çox uzağıq. Biz sülh sazişinin astanasında deyilik. Biz heç birinin kənarında deyilik. Amma düşünürəm ki, irəliləyiş əldə olunub və biz buna yaxınlaşırıq", - Rubi qeyd edib.

O əlavə edib ki, nəhayətində sülh razılaşması olmasa, bu müharibənin sonu yoxdursa, o zaman prezident Tramp açıq şəkildə bəyan etdiyi kimi, bunun nəticələri olacaq.

Mürtəza

Chosen
93
50
azreform.info

10Sources