EN

İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır -Ronen Krausz

İsrail-Azərbaycan münasibətləri, həqiqətən də, strateji xarakter daşıyır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Krausz deyib.

Diplomat vurğulayıb ki, ölkə liderləri və xalqları arasında əsl dostluq münasibətləri mövcuddur.

Səfir, eyni zamanda, Azərbaycanda yəhudi icmasına göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirib, özünün dəfələrlə Qubadakı Qırmızı Qəsəbəyə səfər etdiyini, orada yəhudi icması üçün yaradılmış şəraitlə tanış olduğunu vurğulayıb.

Chosen
13
50
ikisahil.az

10Sources