EN

Çingiz Qənizadə: Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib

“Ərəb turistlərinin sosial şəbəkələrdə paylaşdıqları görüntülər təbii ki, hər birimizi hiddətləndirdi. Çünki Azərbaycanın torpaqları uğrunda, müstəqilliyi və suverenliyi uğrunda canından keçən hər bir şəhidimiz bizim hər birimiz üçün əziz və müqəddəsdir".

Bunu Sherg.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib. 

O deyib ki, ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib:

"Bizim hər birimizin həssas nöqtəmizə təhqiredici davranış sərgiləyiblər. Bu görüntülər ilk yayılanda bunun nə vaxt çəkildiyi, onlara qarşı hansısa bir addımın atılması məsələsi bizim üçün qaranlıq idi. Bu gün Daxili İşlər Nazirliyinin vermiş olduğu açıqlamalardan məlum oldu ki, hər üç əcnəbi etdikləri hərəkətə görə saxlanılıb və barələrində cinayət işi açılıb. Bu, artıq bizim emosionallığımızı, qəzəb hissimizi bir az sakitləşdirmiş oldu. 
Mən bir Azərbaycan vətəndaşı kimi DİN-ə, onun rəhbərliyinə təşəkkür edirəm ki, milyonlarla azərbaycanlının ürəyindən keçən məsələni həll etdilər, həmin əcnəbilər operativ şəkildə, polislərin səyi nəticəsində tapıldı və saxlanıldı. Ümid edirik ki, bu şəxslərə layiq olduqları cəzalar veriləcək".
Chosen
46
50
sherg.az

10Sources