EN

Sülhə kim və niyə mane olur?

Bakı. Trend:

Cənubi Qafqazın diplomatik səhnəsi son aylar çoxölçülü stratejiplatforma kimi fəaliyyət göstərir. Burada hər bir aktor geosiyasibalanslaşdırma və assimmetrik çəkindirmə məntiqi ilə hərəkətedir.

Ənənəvi olaraq bəyanatlarla məhdudlaşan sülh prosesi avqustun8-də imzalanmış Vaşinqton Anlaşma Memorandumundan sonra hüquqibaxımdan institutlaşmış razılaşmalar mərhələsinə keçdi. Bu sənədbölgədə təhlükəsizliyin yeni arxitekturasının yaranmasına zəminyaratdı.

Eyni zamanda Ermənistanda millətçi ritorikaya söykənən revanşistşəbəkələr fəallaşıb və danışıqlar prosesini geriyə aparmaqtəhlükəsi yaradır.

Cənubi Qafqaz nəqliyyat-enerji dəhlizlərinin, dünya güclərininmaraqlarının və regional ittifaqlar sistemlərinin qovuşduğugeostrateji məkandır. Bu gün Azərbaycanla Ermənistan arasındadayanıqlı sülhün əldə olunması məsələsi artıq klassikdiplomatiyanın çərçivəsini aşaraq çoxqütblü dünyanın yeni kollektivtəhlükəsizlik prinsipləri və oyun qaydaları barədə qlobaldiskussiyanın tərkib hissəsinə çevrilib.

Hərbi-siyasi landşaft geri dönməz şəkildə dəyişib. Azərbaycanın2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərinəticəsində Qarabağ üzərində suverenliyini bərpa etməsi ərazibütövlüyü məsələsinə yekun nöqtə qoydu. Bu fakt dəfələrlə BMTTəhlükəsizlik Şurasının qətnamələri (822, 853, 874, 884) vəhəmçinin 2025-ci il iyunun 12-də BMT Beynəlxalq Məhkəməsininçıxardığı qərar (Azərbaycanın Ermənistana qarşı İrqiDiskriminasiyanın Ləğvi Konvensiyası üzrə iddiası) ilə təsdiqlənibvə istənilən danışıqlar üçün danılmaz əsasdır.

Rəsmi Bakı hələ 2022-ci ilin martında təqdim etdiyi beş prinsipəsasında İrəvana sülh arxitekturasını ardıcıl şəkildə təklif edir:suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması, güc tətbiqihədəsindən imtina, sərhədlərin delimitasiyası, nəqliyyatkommunikasiyalarının açılması.

2025-ci ilin avqustunda imzalanmış Vaşinqton sazişi geosiyasiməntiqin, hüquqi arqumentasiyanın və iqtisadi rasionalizmin birnöqtədə kəsişdiyi nadir tarixi anlardan biri oldu. ABŞ prezidentiTrampın administrasiyası tərəfindən Cənubi Qafqazın «strukturcayenidən proqramlaşdırılması» aləti kimi işə salınmış "Trampınbeynəlxalq sülh və rifah naminə marşrutu" (Trump Route forInternational Peace and Prosperity, TRİPP) təşəbbüsü AzərbaycanlaErmənistan arasında Anlaşma Memorandumu şəklində gerçəkləşdi. Busənədi yekun akt kimi yox, normallaşma prosesinin dönməzliyinitəsbit edən strateji yol xəritəsi kimi qiymətləndirməklazımdır.

Gələcək müqavilənin əsasını BMT praktikasında da təsdiqlənmişbeynəlxalq hüququn tanıdığı üç fundamental prinsip təşkil edir:

1. Ərazi bütövlüyünün qarşılıqlı tanınması. Ermənistan QarabağıAzərbaycanın tərkib hissəsi kimi tanımaq öhdəliyini götürür. Bubənd siyasi ədəb qaydası deyil, BMT Təhlükəsizlik Şurasının 822,853, 874 və 884 nömrəli qətnamələrinin birbaşa nəticəsidir vəmünaqişənin hüquqi matrisini formalaşdırıb.

2. Sərhədlərin delimitasiya və demarkasiyası. SSRİ BaşQərargahının 1970-ci illərə aid xəritələrindən istifadəpostimperiya hüquqi coğrafiyasının davamlılığını təmin edir. BMTBeynəlxalq Məhkəməsinin «Burkina-Faso - Mali» işi, eləcə dəEritreya–Efiopiya presedentləri göstərir ki, kartoqrafik təsbitpostkolonial transformasiya şəraitində legitim meyardır.

3. Kommunikasiyaların açılması. Zəngəzur dəhlizi Azərbaycanınkaprizləri deyil, iqtisadi zərurətdir. Asiya İnkişaf Bankınınhesabatına görə, Cənubi Qafqazın qlobal ticarət zəncirlərinəinteqrasiyası Ermənistanın ÜDM-ni hər il 2–3%, Azərbaycanın isə1,5% artıra bilər.

Avqustun 8-də tərəflər Sülh Müqaviləsinin Əsas Prinsipləri üzrəAnlaşma Memorandumunu parafladılar. Onun əsas müddəalarıbunlardır:

Qəti qarşılıqlı tanınma. Suverenlik və ərazi bütövlüyü 1991-ciil Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərdə təsbitolunub.

Sərhədlərin delimitasiyası. 2025-ci il oktyabrın 1-dək SSRİ BaşQərargahının 1975-ci il xəritələri əsasında delimitasiya aparmaqüçün birgə işçi qruplar yaradılmalıdır.

Zəngəzur dəhlizi. Ermənistan Sünik vilayətindən keçəcək tranzitmarşrutunun gömrüksüz və logistika baxımından eksteryal rejimdəfəaliyyətinə razılıq verib. Şəffaflıq və monitorinqi üçüncütərəflər təmin edəcək. Detallar ilin sonunadəkrazılaşdırılmalıdır.

Hüquq və təhlükəsizlik. Tərəflərin ərazilərindəki vətəndaşların,o cümlədən Qarabağdakı erməni əhalinin hüquqlarının Azərbaycanqanunvericiliyi və beynəlxalq mexanizmlər çərçivəsində qorunmasıöhdəliyi təsbit olunub. Burada ATƏT-in və ikitərəfli komissiyalarınrolu vurğulanır.

TRIIP təkcə diplomatik konstruksiya deyil, sivilizasionxarakterli layihədir. ABŞ Cənubi Qafqazı Avropa, Yaxın Şərq vəMərkəzi Asiyanı birləşdirən yeni «ox infrastrukturu»na daxil etməyəçalışır. Azərbaycan üçün bu, enerji, nəqliyyat və siyasiinteqrasiyanın strateji qovşağı kimi rolunun təsdiqidir.

Amma sazişin qarşısında fundamental maneə dayanır: Ermənistanındaxili siyasi qeyri-sabitliyi. Cəmiyyət və elitalar daxilindəkimüqavimət Memorandumun reallaşmasını təkcə diplomatiya deyil, həmdə erməni siyasi mədəniyyətinin transformasiyası məsələsinəçevirir.

Ermənistan bu gün unikal vəziyyətə düşüb: modernləşməyə vəregional, qlobal iqtisadi proseslərə inteqrasiyaya obyektivehtiyacı olan ölkə hələ də öz tarixi mifologiyasının girovu olaraqqalır. Reallığa və praqmatizmə yönəlmiş siyasi elita (NikolPaşinyanın hökuməti) beynəlxalq hüququn tələbləri ilə kompromissi«milli kapitulyasiyanın simvolu» sayan müxalif qüvvələrintəzyiqləri arasında manevr etməyə məcburdur. Bu ziddiyyət ermənisiyasi meydanında fundamental şizofreniyanı üzə çıxarır: rasionaldüşüncə ilə mifləşdirilmiş şüurun toqquşması, tarixi yaddaşın isəölkənin gələcəyinə qarşı silaha çevrilməsi.

Erməni İnqilabi Federasiyası «Daşnaksütyun» XIX əsr dogmalarındailişib qalmış klassik millətçi hərəkat nümunəsidir. Onun liderləri- İşxan Saqatelyan, Geqam Manukyan - «tarixi ədalət» və «QərbiErmənistan» mifologeması üzərində Qarabağı nəzərdə tutan«Ermənistanın ərazi bütövlüyünün bərpası» konseptini təkrarsəsləndirirlər. XX əsrin əvvəllərindən etnik homogenləşməideyalarını təşviq edən bu partiya bu gün siyasi nekromantika iləməşğuldur: hüquqi və geosiyasi əsası olmayan şüarları dirildir.Onların taktikasına kütləvi küçə aksiyaları, deputatlara təzyiq,hökuməti «kolaborasionist» kimi gözdən salmaq daxildir. Ən mühümdetal isə «soyqırımı narrativini» ərazi iddialarına siyasi arqumentkimi sırımaq cəhdidir.

«Qarabağ klanı»nın simvolları Robert Köçəryan və Serj Sarqisyanliderdən marjinallığa yuvarlanmış fiqurlar kimi hələ də «müvəqqətiitirilmiş ərazilər» ideyasını bəsləyirlər. Onların tərəfdarlarıarasında 2020 və 2023-cü illərin hərbi kampaniyalarında məğlubolmuş generallar, məsələn, Movses Hakopyan da var. Onlarınritorikası «geosiyasi bəxt» illüziyasına əsaslanır: guya bir günbeynəlxalq konyuktur dəyişəcək və revanş mümkün olacaq. Halbuki buyanaşma yeni regional təhlükəsizlik sistemində Qarabağın artıqdönməz şəkildə Azərbaycan dövlət məkanına inteqrasiya olunduğufaktını inkar edir. Daha da önəmlisi, Azərbaycan bunu yalnız hərbiyolla deyil, həm də ikitərəfli sazişlərdən tutmuş beynəlxalqməhkəmə qərarlarınadək hüquqi mexanizmlərlə möhkəmləndirib.

Erməni Apostol Kilsəsi formal olaraq neytral mövqedədir, ammabəzi ierarxlar - arxiyepiskop Baqrat Qalstanyan və tərəfdarları -siyasi diskursa teoloji ritorikanı aktiv şəkildə daşıyırlar.Onların şərhində Qarabağ «müqəddəs torpaqdır» və «ondan imtinaetmək mümkün deyil». Bu torpağın sakrallaşdırılması siyasətinpraqmatik anlayışını dini fundamentalizmlə əvəzləyir və əraziməsələsini imana çevrilmiş dogmaya transformasiya edir.

Hərbi-siyasi assimmetriya Azərbaycan 2020 və 2023-cü illərinkampaniyalarından sonra Qarabaq üzərində suverenliyini tam bərpaedib. SIPRI-nin 2025-ci ilin may məlumatına görə, Azərbaycanın2024-cü il hərbi büdcəsi təxminən 3,7 milyard dollar olub,Ermənistanın isə 1,4 milyard dollar. Aktiv silahlı qüvvələrin sayıda Ermənistanın ziyanına işləyir: 126 minə qarşı 48 min (IISSMilitary Balance, 2025). Revanş çağırışları resurs dəstəyi olmayansiyasi isterikadan başqa bir şey deyil. Üstəlik, AzərbaycanTürkiyə, İsrail və Pakistanla hərbi-texniki əməkdaşlığı inkişafetdirərək dayanıqlı hərbi-texnoloji tandem qurur.

Beynəlxalq hüquqa ziddiyyət. «Öz müqəddəratını təyinetmə hüququ»ritorikasının ərazi bütövlüyünə qarşı qoyulması beynəlxalq hüquqabirbaşa ziddir. BMT Nizamnaməsi (maddə 2(4)) güclə hədə-qorxunu vədövlətlərin ərazi bütövlüyünün pozulmasını qadağan edir. 1975-ci ilHelsinki Yekun Aktı sərhədlərin toxunulmazlığını təsdiqləyib.Xüsusilə, 2025-ci ilin iyununda BMT Beynəlxalq Məhkəməsinin qərarıAzərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu ola bilməyəcəyinivurğulayıb. Bu qərar Qarabağın statusu ilə bağlı hüquqidiskussiyanı qapadan presedentdir.

İqtisadi kollaps və izolasionizm. BVF-nin (Cənubi Qafqaz vəMərkəzi Asiya hesabatı, iyul 2025) qiymətləndirməsinə görə,Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat marşrutlarınınbloklanması Ermənistanı hər il potensial ÜDM-in 15%-dək itkisindənməhrum edir. Ermənistanın Rusiyadan ixrac asılılığı 40%-i keçir(Dünya Bankı, 2025), birbaşa xarici investisiyalar isə son iki ildə22% azalıb.

Kommunikasiyaların açılmasına mane olan revanşist qüvvələrölkəni ticarəti diversifikasiya etmək və qlobal təchizatzəncirlərinə qoşulmaq imkanından məhrum edirlər. Əvəzində isə«Rusiya müdafiəsi» və ya «Qərbin himayəsi» kimi utopik ümidlərtəklif edirlər ki, bu da Moskvanın böhranlı mövqeyi və Qərbinməhdud iştirakı fonunda siyasi absurdluqdan başqa bir şeydeyil.

Milli maraqların dağıdılması. 2024-cü ildə Ermənistan büdcəsinin25%-ni müdafiəyə yönəldib (Ermənistan Maliyyə Nazirliyi). Bugöstərici militarizasiya olunmuş rejimlərin səviyyəsinə yaxındır.Sosial xərclər azalır, miqrasiya isə fəlakətli olaraq qalır:2024-cü ildə xalis emigrasiya təxminən 45 min nəfər olub(Ermənistan Milli Statistika Xidməti, iyun 2025). Revanşist siyasətmilləti gücləndirmir, əksinə onun gələcək təməlini dağıdır.Ermənistan cəmiyyəti əmək qabiliyyətli əhalini itirir, insankapitalı Rusiya, Avropa və ABŞ-yə axır, ölkə isə «demoqrafikcəhətdən tükənən dövlətə» çevrilir.

Onu da unutmayaq ki, dövlətlərin tarixində elə məqamlar olur ki,onların taleyi döyüş meydanında yox, parlament zallarında vəkonstitusion mətnlərin formullarında müəyyənləşir. Ermənistan bugün məhz belə bir nöqtədədir: Azərbaycanla yekun sülh müqaviləsininbağlanması diplomatik detallar deyil, Ermənistanınkonstitusionizminin öz toxuması ilə toqquşur.

Vaşinqton Memorandumu yekun sülhün əsas şərtini təsbit edib:Azərbaycanın 86,6 min kv. km. ərazidə tanınması. Amma Ermənistanınkonstitusion-hüquqi reallığı bu tələb ilə ziddiyyət təşkil edir.Onun Konstitusiyasının preambulası 1990-cı il MüstəqillikBəyannaməsinə əsaslanır və «Ermənistan ilə Qarabağın birləşməsi»barədə irredentist müddəa daşıyır. Bu formula milli siyasi mifdəsakrallaşdırılmış simvolik lövbər kimi çıxış edir, ölkəni keçmişəbağlayır və yeni geosiyasi arxitekturaya inteqrasiyasınıbloklayır.

Baş nazir Nikol Paşinyan artıq konstitusion transformasiyanınqaçılmaz olduğunu etiraf edib. Onun 2025-ci il iyulun 20-dəparlamentdəki çıxışı «yeni ictimai müqavilə»ni artikulyasiya cəhdikimi səsləndi: burada keçmişin yerini müasirliyin praqmatikasıalmalıdır. Amma formal mexanizmlər bu prosesi olduqca mürəkkəbinstitusional tapşırığa çevirir.

Ermənistan Konstitusiyasının 202-ci maddəsinə görə, düzəlişlərəvvəlcə birinci oxunuşda 3/5 (120-dən 72 səs), sonra ikincioxunuşda 2/3 (90 səs) tələb edir. Hakim «Vətəndaş Müqaviləsi»partiyasının isə cəmi 71 mandatı var. Deməli, konstitusionmetamorfozun açarı revanşist qüvvələrin üstünlük təşkil etdiyimüxalifətin əlindədir və onlar etnik travmaya, tarixi fantomlaraistinad edirlər.

Siyasi evolyusiyanın üç ssenarisi

1. Nikbin (2026): ABŞ və Aİ-nin təzyiqi, TRIIP paketi kimiiqtisadi stimullar, üstəlik, cəmiyyətin münaqişədən yorğunluğu vəmüxalifətin bir hissəsinin rasionalizmi 2025-ci ilin payızsessiyasında birinci oxunuş üçün minimum səslərin toplanmasınaimkan verir. İkinci oxunuş «tərəddüd edənlər» koalisiyasınındəstəyi ilə 2026-cı ilin ilk yarısında baş tuta bilər.

2. Baza (2027): proses uzanır. Revanşistlər referendum üçün imzatoplamağa başlayır və konstitusiya məsələsini populistmobilizasiyanın alətinə çevirirlər. Nəticədə, son islahatlar2027-ci il parlament seçkilərinədək təxirə salınır. Paşinyan isə özxəttini seçki yolu ilə legitimləşdirməyə çalışır.

3. Bədbin (dalana dirənmə): revanşistlər kütləni küçələrəçıxarmağı bacarır və Konstitusiyanı «milli müqavimət»in simvolunaçevirirlər. Düzəlişlər iflasa uğrayır, sülh müqaviləsi bloklanır vəCənubi Qafqaz yenidən «dondurulmuş münaqişə»nin hökm sürdüyüxroniki qeyri-sabitlik vəziyyətinə qayıdır.

Vaşinqton Memorandumunu yekun nöqtə yox, ən çətin mərhələninbaşlanğıcı kimi dəyərləndirmək lazımdır: sülhün erməni siyasiməkanında daxilləşdirilməsi. Ermənistan ya siyasi identikliyinimodernləşdirəcək, ya da çoxdan tükənmiş, ölkəni daimi böhrangirdabına salmış irredentist məntiqi təkrar istehsal edəcək.

Beynəlxalq hüquq, hərbi balans və iqtisadi rasionalizmprizmasından baxıldıqda, revanşist diskurs gələcəyin layihəsideyil, institutlaşmış arxaikadır. O, cəmiyyəti illüziyalarlabəsləyir, amma sistemli dalandan çıxış yolu təklif etmir.Azərbaycanın suverenliyinin tanınması və onun ərazi bütövlüyünəiddialardan imtina - dayanıqlı sülhə, açıq kommunikasiyalara vəregional infrastrukturun inkişafına aparan yeganə yoldur.

Növbəti 12–24 ay Cənubi Qafqazın bütün arxitekturası üçünhəlledici olacaq. Əgər Ermənistan «konstitusion Rubikon»u aşaraqirredentizmdən imtina edərsə, bölgədə tarixi barışıq şansıyaranacaq, burada praqmatika və qarşılıqlı fayda keçmişinfantomlarına üstün gələcək. Əksinə, revanşist diskurs üstünlükqazanarsa, Ermənistan bir daha təcrid vəziyyətinə düşəcək, CənubiQafqaz isə növbəti turbulentlik dalğasına yuvarlanacaq.

Bu gün seçim İrəvanın üzərindədir. Amma bu seçimin qiymətiErmənistanın daxili siyasətindən çox-çox kənara çıxır - o, bütünregionun taleyini və postmünaqişə sülhünün arxitekturasınımüəyyənləşdirir.

Chosen
64
50
az.trend.az

10Sources