Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.