EN

Ukrayna yenidən alov içində, sülhə zərbə... ölənlər var

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Rusiyanın Ukraynanın Zaporojye vilayətinə hücumu nəticəsində 3 nəfər ölüb, 18 nəfər isə yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Zaporojye vilayəti Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov teleqram kanalında yazıb.

İvan Fedorov bildirib ki, şəhərə edilən hücumlar məqsədyönlü şəkildə həyata keçirilib və infrastruktura yönəlib.

“Rusiya qüvvələri Zaporojyeyə iki zərbə endirib. Atışma nəticəsində ümumilikdə 500 kvadratmetr sahəni əhatə edən pərakəndə satış pavilyonlarında yanğın baş verib. Hazırda yanğın xilasedicilər tərəfindən söndürülür”, – İ.Fedorov qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
14
globalinfo.az

10Sources