EN

Odessa ətrafında yanacaq zavodunda yanğın baş verib

Ukraynanın Odessa şəhəri ətrafında yanacaq-energetika infrastrukturu obyektində yanğın baş verib.

Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

Kiper Telegram kanalında yazıb: “Odessa ətrafında yanacaq-energetika infrastrukturu obyektində və iki mərtəbəli binada yanğın baş verib".

O, yanğının söndürüldüyünü də qeyd edib. Onu söndürmək üçün yanğınsöndürən qatarı gətirilib.

Chosen
22
11
aznews.az

10Sources