Aktrisa Pelin Akil növbəti dəfə həyat yoldaşı Anıl Altandan ayrılması haqda danışıb.
OLAY yazır ki, Pelin Anılla küsülü olmadıqlarını söyləyib:
“Barışıbsınız deyirlər, onsuz da küsülü deyilik. Uşaqlarımız üçün bir araya gələcəyik. Artıq bizi birlikdə tez-tez görə bilərlər. Prioritetimiz uşaqlarımızdır, onları düşünürəm. Bir-birimizi sevərək və hörmət çərçivəsində ayrıldıq. O, hər zaman mənim dostum olaraq qalacaq”.
Qeyd edək ki, cütlüyün əkiz qızları var.

