EN

Kriptovalyutalar: İnnovasiya və fırıldaqçılıq arasında 16 İl

Finss.az - 2025-ci ildə kriptovalyutaların yaranmasının 16 ili tamam oldu.

İlk Bitcoin bloku 2009-cu ilin yanvarında yaradılıb və bu dövrdə kriptoindustrisi maliyyə dünyasında tam rədd edilməkdən qlobal maliyyə sisteminin ayrılmaz hissəsinə çevrilməyə qədər uzun yol keçib.

Kriptoindustrinin inkişafı sanki inqilabi innovasiyalar və spekulyativ balonlar arasında yellənən bir mahnıya bənzəyir. Texnoloji tərəfdə tokenləşdirilmiş real aktivlər (RWA), DePIN şəbəkələri və smar kontraktlar gəlir, digər tərəfdə isə rug pull və fırıldaqçı ICO-lar kimi riskli layihələr milyonlarla dollar itkisinə səbəb olur.

Əsas innovasiyalar arasında Ethereum-un smar kontraktları, Chainlink oraqlları, L2 həlləri (Arbitrum, Optimism), cross-chain texnologiyaları (Polkadot, Cosmos) və məxfilik texnologiyaları (zk-SNARK, zk-Rollups) var. Bu texnologiyalar blockchain-i daha geniş və real həyat üçün əlçatan edir.

Amma hər bir innovasiyanın arxasında risk də var. OneCoin, Bitconnect, Squid Game Token və Thodex kimi fırıldaqçı layihələr milyonlarla investorun itkilərinə səbəb olub. Scam-lərin əsas səbəbləri FOMO, texnoloji mürəkkəblik, tənzimləmə boşluqları və sosial şəbəkələrdə manipulyasiyadır.

2024-cü ilin əvvəllərində yalnız ilk aylarda kripto scam-lərə $14,5 milyard itki olub. Buna baxmayaraq, qanuni kripto dövriyyəsi artmaqda və scam əməliyyatlarının payı azalmaqda davam edir.

Ekspertlər bildirir ki, kriptoindustrisi yox olmayacaq. Gələcəkdə kriptovalyutalar desentralizasiya və ənənəvi maliyyə sistemlərinin balansını tapmalı, texnologiya və tənzimləmə bir-birini tamamlamalıdır.

 

Əlavə bax: Foxconn ikinci rübdə xalis mənfəətini 27% artırdı – AI serverləri gəlirdə güclü artım yaratdı

Chosen
113
3
fins.az

10Sources