BAKI, TurkicWorld, Nərmin Ağayeva
İspaniyada yayda həddindən artıq istilər 2405 nəfərin ölümünə səbəb olub.
TurkicWorld xəbər verir ki, İspaniyanın Gündəlik Ölüm Monitorinq Sistemi (MoMo) bu ilin 15 may–30 sentyabr tarixlərini əhatə edən hesabatında, avqustun 16-dək həddindən artıq istilərdən ölənlərin sayının 2405 nəfərə çatdığını açıqlayıb. Bu göstərici artıq ötən ilki rəqəmi geridə qoyub.
Məlumata görə, yalnız avqustun ilk iki həftəsində 931 nəfər istilərin qurbanı olub. Müqayisə üçün, 2023-cü ilin yayında bu səbəbdən 3070, 2022-ci ildə isə 4789 nəfər dünyasını dəyişmişdi.
Dövlət Meteorologiya İnstitutu (AEMET) son iki həftədə ölkədə yayın ikinci böyük isti dalğasının qeydə alındığını bildirib. Avqustun 16-da 224 ölçmə məntəqəsində temperatur 40 dərəcə Selsini keçib, Kordobada isə 44,7 dərəcə ilə rekord göstərici qeydə alınıb.
Qeyd edək ki, həddindən artıq istilər İspaniyada kütləvi meşə yanğınlarına da səbəb olub. Meteoroloqlar bu hava şəraitinin həftənin sonuna qədər ölkəni tərk edəcəyini gözləyir.