EN

Fiko Rusiya ilə dost olsa da, Slovakiya Ukraynaya silah satışından böyük pul qazanır

Slovakiyanın baş naziri Robert Fiko Ukraynada genişmiqyaslı müharibə zamanı Kiyevə rəsmi hərbi yardımı dayandırmağa, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını tənqid etməyə, Ukraynanın NATO-ya üzvlüyünü rədd etməyə və Rusiya lideri Vladimir Putinlə görüşməyə nail olub. Bununla belə, Slovakiyanın özəl silah şirkətləri Ukraynaya silah satmaqla külli miqdarda pul qazanırlar.

HİT.az xəbər verir ki, bu barədə "Politico" yazıb.

Qeyd olunur ki, 2024-cü ildə Slovakiyanın silah ixracı 1,15 milyard avroya çatıb. Bu da ölkə iqtisadiyyatının təqribən 1%-ni təşkil edir və 2023-cü ildəki rəqəmi iki dəfə, Rusiya Federasiyasının 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalına başladığı vaxtdan isə 10 dəfə çoxdur.

Eyni zamanda, Slovakiyanın müdafiə nazirinin müavini İqor Meliser “Politico”ya müsahibəsində deyib ki, silah biznesinin “bumu” Fikonun Ukraynaya kömək etmək barədə siyasi vədini dəyişmir.

"Slovakiya hökuməti öz manifestində öz vətəndaşlarına söz vermişdi ki, biz dövlət anbarlarımızdan Ukraynaya bir güllə də göndərməyəcəyik və biz bu vədimizi yerinə yetiririk", deyə Meliser izah edib.

Məlumdur ki, Slovakiya rəsmi olaraq Ukraynaya qeyri-öldürücü dəstək və Ukraynanın dövlət kimi fəaliyyət göstərməsi üçün lazım olan kritik elektrik enerjisi təchizatını təmin edir. Öz növbəsində hökumətin silah satan özəl şirkətlərə qarşı heç bir işi yoxdur.

"Biz Avropa İttifaqına ortaq dəyərlərə görə qoşulmuşuq. Biz azad bazara da hörmət edirik. Ona görə də müdafiə sənayesi şirkətlərini məhdudlaşdırmaq bizim tərəfimizdən olduqca ikiüzlülük olardı", deyə Meliser vurğulayıb.

Avropa Siyasətinin Təhlili Mərkəzinin məlumatına görə, Slovakiya şirkətləri 155 mm-lik döyüş sursatları, “Zuzana 2” özüyeriyən haubitsaları, aşkarlama sistemləri və elektron müharibə, həmçinin rabitə texnologiyaları istehsal edir. Müdafiə naziri Robert Kaliniak ötən il artilleriya sursatları zavodunun açılışında deyib: “Bu, müharibəyə deyil, ticarətə dəstəkdir”.

Eyni zamanda, Meliser əlavə edib ki, Slovakiyada istehsal olunan hərbi texnikanın böyük hissəsi Ukraynaya deyil, Qərb tərəfdaşlarına satılır və onlar sonra bu materialla nə edəcəyinə qərar verirlər.

Samir
 

Chosen
31
50
hit.az

10Sources