Bakı. Trend:
Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyanEnrike Silva “Turan Tovuz”a keçib.
Klubdan Trend-əverilən məlumata görə, sol cinah müdafiəçisi ilə 2 illik müqaviləimzalanıb. Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyunaçıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi“Lion”un formasını geyinib.
Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu vaxtiləBraziliyanın U-20 milli komandasının üzvü olub.