Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,81 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu, ötən ilin eyni dövrünə nisbətən 1 milyard 949,69 milyon dollar və ya 7,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 15 milyard 226,99 milyon ABŞ dolları ixracın, 13 milyard 614,82 milyon ABŞ dolları isə idxalın payına düşüb.
İllik müqayisədə ixrac 871,93 milyon dollar və ya 5,4 % azalıb, idxal isə 2 milyard 821,62 milyon dollar və ya 26,1 % artıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 612,17 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 milyard 693,55 milyon dollar və ya 3,3 dəfə azdır.