İranın Ali Rəhbəri Əli Xameneinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi xəbərdarlıq edib ki, İsraillə İran arasında hər an yeni müharibə başlaya bilər.
Publika.az xəbər verir ki, “Tabnak” informasiya agentliyinin məlumatına görə, Səfəvi universitet tələbələri ilə görüşündə bu barədə danışıb.
“Ən pis ssenariyə hazır olmalıyıq. Bizimlə İsrail və ABŞ arasında heç bir protokol, atəşkəs yoxdur. İsraillə hər an yeni müharibə başlaya bilər. Biz güclü və hazır olmalıyıq”, - o söyləyib.
Səfəvi İsraillə mümkün müharibədən sonra ABŞ-ın güc tətbiq edərək özünü “sülh gətirən” kimi göstərməyə çalışacağını da vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə avqustun 14-də verdiyi açıqlamada İsrailin yaxın vaxtlarda hücuma keçəcəyinə inanmadığını demişdi: