EN

Zelenski: Rusiya Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum edib

Zelenski:

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Odessa şəhərində SOCAR-a məxsus neft bazasına edilən hücumunRusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib.

Bu barədə o özünün sosial şəbəkə hesabında fikir bildirib.

"Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu bizim münasibətlərimizə və enerji müstəqilliyimizə hücumdur", - Zelenski qeyd edib.

Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrasturkturları hədəfə aldığını bildirib.

Zelenski müharibənin dayanmalı olduğunu və bunun üçün Rusiyanın addım atmalı olduğunu bəyan vurğulayıb.

Chosen
28
50
xalqcebhesi.az

10Sources