İsrailin hücumları və mühasirəsi nəticəsində Qəzza zolağında son 24 saat ərzində 2-si uşaq olmaqla 5 fələstinli daha aclıqdan həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bununla da aclıqdan ölənlərin ümumi sayı 263-ə çatıb.
Qəzzadakı Səhiyyə Nazirliyinin Baş direktoru Munir əl-Burş açıqlamasında bölgədə aclıqdan ölənlərlə bağlı məlumat verib.
O, son 24 saat ərzində 2-si uşaq olmaqla 5 fələstinlinin aclıq və qeyri-kafi qidalanma səbəbilə həyatını itirdiyini bildirib.
Əl-Burş qeyd edib ki, 7 oktyabr 2023-cü ildən bu günə qədər Qəzzada aclıqdan ölənlərin sayı 112-si uşaq olmaqla 263 nəfərə çatıb.