EN

“OBA Market” barəsində məhsul qiymətinə görə iş qaldırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “OBA Market” MMC barəsində keçən iyul ayında iş qaldırıb.

Banker.az xəbər verir ki, dövlət agentliyi marketlər şəbəkəsini qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılması iddiası ilə cari ilin fevralında bir, aprelində isə iki işə baxılıb.

Agentlik işə 16 iyul tarixində baxıb.

Belə ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması – İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə iş qaldırılıb. Bu maddəyə görə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “OBA Market” MMC 2016-cı ildə təsis edilib və şirkət “Veysəloğlu” Şirkətlər Qrupuna daxildir. Hazırda 100 manat nizamnamə kapitalı var.

Chosen
19
18
banker.az

10Sources