EN

Dünyada ən çox boşanma bu ölkələrdədir - Bəs Azərbaycan neçəncidir?

Dünyada ölkələr üzrə boşanma faizləri maraqlı fərqlərlə diqqət çəkir.

Hakimiyyet.az xəbər verir ki, statistikaya əsasən, boşanma səviyyəsinin ən aşağı olduğu ölkə Hindistandır. Burada boşanma cəmi 1 faizdir. 

Ən aşağı boşanma faizinə malik digər ölkələr arasında Vyetnam (7%), Tacikistan (10%), İran (14%) və Meksika (17%) da yer alır.

Boşanma səviyyəsinin ən yüksək olduğu ölkə 94 faiz ilə Portuqaliyadır. İspaniya isə 85 faizlə ikinci yerdə qərarlaşıb. Siyahıda daha sonra Lüksemburq (79%), Rusiya (73%) və Ukrayna (70%) kimi Avropa ölkələri gəlir.

Qərb ölkələrində də boşanma faizi kifayət qədər yüksəkdir: ABŞ (45%), Kanada (47%), Böyük Britaniya (41%), Almaniya (38%), Fransa (51%) və İsveç (50%).

Qeyd edək ki, Azərbaycanda cari ilin birinci yarısında 24 815 nikah və 10 350 boşanma halları qeydə alınıb. Bunu faizlə ifadə etmiş olsaq, bu ilin birinci yarısı üçün boşanma faizi 40 olub.(milli.az)

Chosen
22
27
hakimiyyet.az

10Sources