EN

Yeni Klinika da uşaq niyə beş saat gözlədilib? RƏSMİ MÜNASİBƏT

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Yeni Klinika"ya gətirilən uşağın beş saat gözlədilməsi narazılığa səbəb olub.

Oxu.az xəbər verir ki, psixoloq Sevinc Əlizadə sosial şəbəkə hesabında bu barədə yazıb.

O qeyd edib ki, saat 4 radələrində xəstəxanaya sancı keçirən bir uşaq gətirilsə də, səhər saat 9:00-a qədər həkim müdaxiləsi olmayıb:

"Mənə məlumat verilib ki, uşaq sancı içindədir, amma klinikada sadəcə - "gözləyin, həkim gəlib baxsın", - deyilib. Bu, biabırçılıqdır".

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Yeni Klinika"dan bildirilib ki, araşdırmaya əsasən, klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin məlumatına görə, pasiyent (kişi cinsi) tibb müəssisəsinə sancı ilə deyil, axıntı şikayəti ilə müraciət edib.

"Qəbul otağında müayinə edildikdən sonra şikayətin uroloji xarakterli olması və təcili hal təşkil etməməsi müəyyən edilib. Bu səbəbdən pasiyent poliklinik qaydada uroloq müayinəsinə yönləndirilib.

Daha sonra Sevinc Əlizadə tərəfindən təqdim edilən əlaqə nömrəsi vasitəsilə saat 11:30-da pasiyentlə telefon əlaqəsi saxlanılıb və xəstəxana daxilində görüş keçirilib. Görüş zamanı pasiyentin Sevinc Əlizadənin bildirdiyi kimi, ağrı şikayətinin olmadığı müəyyən edilib. Pasiyent səhər tezdən növbə götürdüyünü və hazırda növbəsinin çatmasına səkkiz sıra qaldığını bildirib. Qeyd edirik ki, pasiyent ağrısız vəziyyətdə tibb müəssisəsinə müraciət edən digər vətəndaşlar kimi növbəsinin çatmasını gözləyirdi", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
50
oxu.az

10Sources