EN

Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib

Ömürlük

Ömürlük məhkum "Gəncəli Mübariz" kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazovun iş adamı Eldəniz Verdiyev barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

Reyting.az
xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Ramin Niyazovun şikayəti təmin edilməyib. İş adamı Eldəniz Verdiyevin barəsində çıxarılan bəraət qərarı dəyişdirilmədən saxlanılıb.

Eldəniz Verdiyevin vəkili Asim Abbasov faktı "Report"a təsdiqləyib.

Qeyd edək ki, Ramin Niyazov sosial şəbəkələrdə və media resurslarında Eldəniz Vəliyevi ağır və xüsusi ağır cinayətlərdə ittiham edərək böhtan atmaqda ittiham edib.

Səbail rayon Məhkəməsində Ramin Niyazovun verdiyi şikayət təmin edilməyib, Eldəniz Verdiyev barəsində bəraət qərarı çıxarılıb.

Xatırladaq ki, Ramin Niyazovun vəkili hazırda həbsdə olan Adəm Məmmədovdur.
Chosen
20
3
reyting.az

10Sources