EN

Şahin Diniyevin oyun fəlsəfəsinə uyğun gəlməyən hücumçu - Ramalinqom qayıdışını qolla qeyd etdi

Elə mövqelər var ki, ora futbolçu seçimi həmişə çox olur. Bəzi mövqelərlə bağlı isə durum fərqlidir. Məsələn, hücumçu. Bizim klubların axtarışlarda həmişə çətinliklə üzləşdiyi mövqe hücumçudur. Yaxşıların qiyməti bahadır, aşağı qiymətə gələnlər arasında isə özünü doğruldanlar az olur. 

İki il əvvəl "Səbail"ə gələn Aleksandr Ramalinqom ümidləri doğruldanlardan olmuşdu. Premyer Liqada 15, ölkə kubokunda 2 qol vuran hücumçu adından söz etdirə bilmişdi. O, birmənalı olaraq liqanın ən yaxşı hücumçularından biri hesab olunurdu. 

Lakin "Səbail" növbəti mövsüm onunla müqaviləni uzatmamaq qərarı verdi. Düşünmək olardı ki, 17 qol vuran hücumçu klubdan daha böyük məbləğ tələb eləyib və bu izdivac baş tutmayıb. Amma səbəb başqa imiş. Ramalinqom daha az pula qalmağa razılıq versə də, "Səbail"in o vaxtkı baş məşqçisi Şahin Diniyev onu saxlamaq istəməyib. Rəhbərliyə deyib ki, Ramalinqom onun oyun fəlsəfəsinə uyğun gəlmir. 

"Səbail"in sonrası hamınızı məlumdlur. Həmin mövsümün gedişində Şahin Diniyev istefaya getdi, yekunda komanda I Liqaya düşdü... 

"Səbail" getdi, Ramalinqom isə Premyer Liqaya qayıtdı. Bu dəfə "Sumqayıt"ın heyətində. İlk turda da qol vurdu, "Kəpəz"ə. Komandasının irihesablı qələbəsində əsas pay sahiblərindən biri oldu. Belə görünür ki, Madaqaskar yığmasının hücumçusu yeni klubunda da "vuran ayaq" olacaq. Əsas odur ki, Saşa İliçin oyun fəlsəfəsinə uyğun gəlsin. 

Həmid

saytlarin hazirlanmasi

Chosen
22
7
sportal.az

10Sources