EN

I Liqa klubu futbolçusunun transferindən 10 min dollar gəlir əldə etdi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Ağsu Difai"dən ayrılan Kristan Kamta kluba 10 min dollar qazandırıb.

Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, bu da I Liqa klubu üçün rekord məbləğdir.

Hələ heç bir aşağı liqa təmsilçisi ona məxsus yerli və ya əcnəbi oyunçusunu bu qiymətə göndərməyib.

2023-cü ilin noyabrından "Ağsu"nun formasını geyinən afrikalının müqaviləsi gələn ilin yayında başa çatacaqdı.

Sərbəst agent statusu almaq üçün xərcə düşən Kamta bundan sonra İraqda yaxşı gəlir əldə edəcək.

Bu ölkənin Superliqasında mübarizə aparan "Al-Karh"la ikiillik müqavilə imzalayan 30 yaşlı ön xətt oyunçusu 5 500 dollar əməkhaqqı alacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
6
oxu.az

10Sources