EN

Zaporojyedə raket hücumu: 3 nəfər həlak oldu, 20 nəfər yaralandı

Musavat.com xəbər verir ki, Ukraynanın Zaporojye şəhərinə Rusiya tərəfindən endirilən raket zərbəsi nəticəsində artıq 3 nəfərin həlak olduğu, 20 nəfərin isə yaralandığı açıqlanıb. Bu barədə şəhər meri Anatoli Fedorov məlumat yayıb.

Onun sözlərinə görə, hazırda həkimlərin nəzarətində 18 yaralı var. Onların hamısı mina-partlayış travması və qəlpə yaraları alıblar. Bir neçə nəfərin vəziyyəti ağırdır və onlar əməliyyat olunurlar.

Məlumata görə, yaralananlar arasında 17 yaşlı yeniyetmə də var. Hadisə yerində xilasedicilər və fövqəladə xidmətlər dağıntıların nəticələrini aradan qaldırmaqla məşğuldurlar.

Ukrayna hakimiyyəti Zaporojyedə baş verən hücumu dinc əhaliyə qarşı növbəti müharibə cinayəti kimi qiymətləndirib.

Chosen
59
22
ictimairey.az

10Sources