"Roma" və Ceydon Sanço arasındakı danışıqlar başa çatıb.
Offsideplus.az xəbər verir ki, ingilis futbolçu "canavarlar"ın təklifini qəbul etməyib.
Bu barədə insayder Di Marzio məlumat yayıb.
"Mançester Yunayted" Sançonu heyətdə düşünmür. Onun klubla müqaviləsi gələn yay başa çatır.
25 yaşlı vinger ötən mövsümü icarə əsasında "Çelsi"də keçirib.