Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dünya Taekvondosunun rəhbəri Çunqvon Çou Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayevə doqquzuncu dan qara kəmər təqdim edib. "Football-plus.az" xəbər verir ki, Tokayev kəməri alandan sonra bir zərbə ilə taxta lövhəni sındırıb.Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir:
“Prezident məşq lövhəsinin üzərinə imzasını qoyub, daha sonra Çunqvon Çounun xahişi ilə taekvondo ənənələrinə uyğun olaraq, lövhəni sındırıb".
9-cu dan qara kəmər taekvondoda ən yüksək rütbə sayılır.Tokayevlə Çou arasında görüş Astanada G1 kateqoriyalı "Kazakhstan Open 2025" beynəlxalq turnirinin startı ərəfəsində baş tutub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.