EN

Neymar: Biz söyülməyə layiqik

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Santos"un kapitanı Neymar Braziliya çempionatının 20-ci turu çərçivəsində böyük hesabla məğlub olduqları "Vasko da Qama" ilə matçdan (0:6) sonra yaşananlara görə utandığını etiraf edib.

Oxu.Az xəbər verir ki, ulduz futbolçu "Daily Mail"ə açıqlamasında azarkeşlərin onları təhqir etmələrinə belə haqq verdiyini bildirib.

"Mən utanıram. Performansımızdan tamamilə məyus oldum. Azarkeşlərin qəzəblənməyə haqları var. Onların bizi söyməyə, təhqir etməyə tam haqları çatır. Biz buna layiqik. Həqiqətən çox utanıram. Həyatımda heç vaxt belə bir şey hiss etməmişəm", - deyə o qeyd edib.

Neymar göz yaşlarına hakim ola bilməməsinin də səbəbini açıqlayıb:

"Göz yaşları qəzəbdən, hər şeydən idi. Təəssüf ki, mən hər şeyə kömək edə bilmirəm. Hər halda, bu, tam zibildir. Reallıq budur".

Qeyd edək ki, 33 yaşlı forvard 11 il yarımdan sonra qayıtdığı San-Paulu təmsilçisində ümumilikdə 250-ci oyununu keçirib. Neymar karyerasında ilk dəfə belə acı məğlubiyyət yaşayıb.

10:46

Braziliyanın "Santos" klubu baş məşqçisi Kleber Xavyerlə yollarını ayırıb.

Oxu.Az xəbər verir ki, bunu komandanın mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, Braziliya A seriyasının XX turunda evdə "Vasko da Qama"ya 0:6 hesablı uduzan "Santos"un 61 yaşlı məşqçisi istefaya göndərilib. Neymarın da çıxış etdiyi "Santos" 19 oyundan sonra (ehtiyatda bir matçları var) turnir cədvəlində 21 xalla 15-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, K.Xavyer bu ilin aprelin 29-da komandanın baş məşqçisi təyin olunmuşdu.

09:10

Məşhur futbol ulduzu Neymarın da heyətində yer aldığı "Santos" klubu Braziliya A Seriyasının 20-ci turunun ev oyununda Rio-de-Janeyro "Vasko da Qama"sına biabırçı hesabla uduzub - 0:6.

Oxu.Az xəbər verir ki, matçdan sonra Neymar komanda yoldaşlarının onu sakitləşdirmək cəhdlərinə baxmayaraq, meydanda qalıb və uzun müddət ağlayıb. O, gözyaşları içində stadionu tərk edib.

Hesab 0:6 olduqdan sonra meydan sahiblərinin azarkeşləri baş verənlərə münasibət nümayiş etdirərək, arxalarını meydançaya çeviriblər. Bir çox yerli azarkeş stadiona üzərində Neymarın şəkli olan köynəkdə gəlib.

Qeyd edək ki, "Santos" hazırda 21 xalla A Seriyasında 15-ci yerdədir. Klubu aşağı liqa zonasından cəmi iki xal ayırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
78
13
oxu.az

10Sources