EN

İran AEBA ilə yeni görüş keçirə bilər

Yaxın günlərdə İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında daha bir görüş keçirilə bilər.

News365.az “IRNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN-in sözçüsü Esmail Baqai açıqlayıb. 

Onun sözlərinə görə, bundan əvvəlki görüşlərdə tərəflər ABŞ və İsrailin ölkənin nüvə obyektlərinə zərbələrini müzakirə ediblər. 

Qeyd edək ki, AEBA rəhbərinin müavini Massimo Aparo ötən həftə Tehrana səfər edib. Səfərin yekununda İran XİN rəhbərinin müavini Kazem Garibabadi bildirib ki, tərəflər agentliklə konsultasiyaları davam etdirməyə qərar veriblər. 

Onu da xatırladaq ki, İran iyun ayında AEBA ilə əməkdaşlığı dayandırmışdı. Bu zaman Tehran agentliyi öz öhdəliklərini yerinə yetirməməkdə ittiham etmişdi. Qeyd edilmişdi ki, agentliyin öhdəliklərini yerinə yetirməməsi ABŞ və İsrailin ölkənin nüvə obyektlərinə hücumlarına gətirib çıxarmışdı.

Chosen
38
44
news365.az

10Sources