EN

Tanınmış reper həbs olundu

“Beautiful Girls” mahnısının ifaçısı, amerikalı reper Şon Kinqston 1 milyon dollarlıq dələduzluq işində təqsirli bilinərək 3 il 6 ay müddətində həbs edilib.

Kulis.az xəbər verir ki, ifaçı anası ilə birlikdə oğurluq əməliyyatında ittiham olunub.

Onlar bahalı əşyaları, o cümlədən lüks saatlar, televizor, gülləkeçirməz "Cadillac Escalade" avtomobili və mebelləri qanunsuz yolla əldə ediblər.

Qeyd edək ki, onun anası Cennis Törner bu ilin iyul ayında 5 il azadlıqdan məhrum edilib.

Chosen
16
50
kulis.az

10Sources