ain.az, Bakupost portalına istinadən məlumat yayır.
İstanbuldakı Atatürk hava limanı Ukrayna ilə bağlı mümkün üçtərəfli sammitin keçirilməsi üçün ən uyğun yerlərdən biri hesab olunur.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.
Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp sammit üçün Rusiyaya getmək niyyətində ola bilər, lakin Zelenski ora getməyəcək. Bu səbəbdən Türkiyə belə bir sammiti qısa müddətdə qəbul edə biləcək yeganə ölkə kimi göstərilir.
Qeyd olunur ki, Atatürk hava limanının fəxri qonaqlar zalı və mətbuat konfransı üçün nəzərdə tutulmuş otaqları bu cür yüksək səviyyəli tədbirin keçirilməsi üçün bütün tələblərə cavab verirş
Aysel,
BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.