EN

İçimizdə milli irqi ayrı seçkilik salanlar tətikdədirlər Arzu Əsəd yazır

Adelet.az saytına istinadən ain.az xəbər verir.

"Mən ərəbəm, ərəb məndən deyil". "Ərəbin ərəb olmayandan üstünlüyü yoxdur". Bunlar islam peyğəmbərinin sozləridir. Bəllidir ki, şəhid məzarları üzərində meymunluq edən bu alcaqların hansı məqsədlərlə bu hərəkətləri edib videoya cəkib paylaşmalari aydinlaşdırılacaq. Amma içimizdə milli-irqi ayrı-seckilik salanlar tətikdədirlər.

Həmişə belə olur. Hər hansı bir təxribat əməli hansısa bir mərkəzdən hazırlanır. İcraçılar bilərəkdən - bilməyərəkdən onu yerinə yetirir, sonra isə ölkə daxilində olan araqarışdırıcılar işə düşürlər. Din düşmənləri ağız-ağıza verirlər ki, bəs biz bunlarin ölülərinə 1400 ildir yas tuturuq, bunlar da belə etməli idi. Millətçiliyi şovinizm səviyyəsində anlayanlar hay-küylə min il qabaq ərəbin türkü qırdığını, bu nədənlə onlarin bizim qan düşmənimiz olduqları kimi cəfəngiyyatların birini bir qəpiyə dövriyəyə buraxır.

Özlərini əxlaq keşikçisi kimi aparanlar isə müasir demokratik dunyada bütün cəmiyyətlər üçün xarakterik olan və cəmiyyətlərin müəyyən bir kəsimini əhatə edən restoran, bar, gecə klubu, otel əyləncələrində fəaliyyət gostərən bir təbəqəni bütün Azərbaycan xalqi ilə eyniləşdirərək ortalığa ağla gələn və gəlməyən əxlaqsız ifadəler qusurlar.

Tarix boyu cəmiyyətlərdə iğtişaşları bu zəminlər üzərində yaradirlar: milli-dini müqəddəsliyə təcavüz, irqi ayrı-seçkilik, namus və çörək. Artıq polisimiz tərəfindən tutulan bu turistlərin o alçaq hərəkətini ölkənin daxilindəki təxribata meyilli qüvvələr məhz bu zəminlər üzərində "millət", "din", "əxlaq", "ac xalq və qudurğan turistlər" assosiasiyası yaradan qışqırdıcı çıxışlarla düşüncələrdəki xaosu artırmağa çalışırlar. Ağıllı adamlar isə anlayir ki, soyuqqanli olmaq lazımdir.

Hüquq-mühafizə orqanları lazım olan bütün tədbirləri gorəcəklər. Azərbaycan dovlətinin ən məsuliyyətli dovrundə, qonşularla sulh muqaviləsi bağlamağa əməli addımlar atdığımız, supergüclər arasında Alyaskada hansı gizli danışıqlar getdiyini bilmədiyimiz bir dovrdə bu çox güman ki, oyrədilmiş, təlimləndirilmiş bu turistlərin bu hərəkətlərini və bundan sonra ola biləcək, gozlənilən bir cox belə təxribatlar qarşısinda ağıllı, soyuqqanlı durusumuzu itirməməliyik.

O turistlər o meymun hərəkətləri ilə şəhidlərimizin əziz xatirəsinə, muqəddəs ruhuna nə edə bildilər ki, etdiklərini daha cox ozlərinə etdilər. Amma biz hər belə təxribatdan qızışıb milli-dini-irqi ayr-seçkilik saçan rəy və çıxışlarımızla cəmiyyətimizin bütovlüyünü pozmaq istəsək, o səhidlərin ruhuna, uğrunda vuruşub canlarını verdikləri ideala vəyanət etmis oluruq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
46
adalet.az

10Sources