EN

İrandan Zəngəzur açıqlaması: Naxçıvana yolun açılması...

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

“İran transregional aktorların Cənubi Qafqazda (Ermənistan) mövcudluğuna və bura müdaxiləsinə həssas yanaşırıq və bu məsələni açıq şəkildə bəyan etmişik”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Diplomat “Tramp yolu” və ya Zəngəzur dəhlizinə ABŞ-nin nəzarəti ilə bağlı bildirib:

“(Ermənilər) Bizi əmin ediblər ki, amerikalılarla qurulacaq tərəfdaşlıq Ermənistanda qeydiyyatdan keçmiş şirkət çərçivəsində olacaq. İmzalanan bəyanatda milli suverenliyin və ərazi bütövlüyünün qorunub saxlanılması, sərhədlərin toxunulmazlığı vurğulanıb”.

İ.Bəqayi əlavə edib: “Bizim üçün mühümdür ki, blokun açılması və kommunikasiya yollarının, o cümlədən Ermənistanın cənubundan keçən və Azərbaycan Respublikasını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən dəmir yolu marşrutu beynəlxalq səviyyədə tanınmış sərhədləri pozmadan və Ermənistanın milli suverenliyinə zidd olmadan həyata keçirilsin”.

İran rəsmisi qeyd edib ki, İran regionda vəziyyəti yaxından izləyir və lazım gəldikdə narahatlığını region ölkələrinə çatdıracaq.

Həmçinin İ.Bəqayi Tehranın Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyini iddia edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
50
sherg.az

10Sources