EN

Zelenski müharibəni dərhal dayandıra bilər Tramp

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl özünün "TruthSocial" sosial şəbəkəsində paylaşım edib. 

"Unikal" xəbər verir ki, ABŞ lideri Zelenskinin Rusiya ilə müharibəni dərhal bitirə biləcəyini deyib və bunun üçün şərtləri açıqlayıb. 

"Ukrayna prezidenti Zelenski istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni dayandıra, ya da döyüşə davam edə bilər. Hər şeyin necə başladığını xatırlayın. Obamanın verdiyi Krımı (12 il əvvəl, bir güllə belə olmadan!) qaytarmaq mümkün deyil, Ukrayna NATO-ya qoşulmayacaq. Bəzi şeylər heç vaxt dəyişməyəcək", - deyə o yazıb.

Tramp həmçinin Ağ Evdə böyük bir gün olduğunu deyib: "Əvvəllər heç vaxt eyni vaxtda bu qədər çox Avropa lideri olmamışdı. Onları qəbul etmək böyük şərəfdir".

Görüşdən sonra “Putin istədiyi hər şeyi aldı” iddialarına münasibət bildirən Tramp, əslində “heç kimin heç nə almadığını” deyib.

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
68
50
unikal.az

10Sources