“Skibidi”, “tradwife” və “delulu” sözləri Kembric Lüğətinin yenilənmiş versiyasına daxil edilib ki, bu da “TikTok” nəslinin ingilis dili lüğətinə artan təsirini əks etdirir.
Bu barədə “The Guardian” məlumat yayıb.
Leksikoqraflar vurğulayırlar ki, bu neologizmlər müvəqqəti hadisə deyil, dayanıqlı linqvistik təbəqədir.
“Skibidi Toilet” cizgi seriyası ilə populyarlaşan “Skibidi” uşaqlar tərəfindən nitqin emosional məzmununu artırmaq üçün istifadə olunur. Lüğət onu polisemantik olaraq təyin edir: “əla” / “pis” mənalarından mənasız yumoristik istifadəyə qədər.
Təxminən 2020-ci ildə ortaya çıxan “tradwife” (“traditional wife”) fenomeni məzmunun aktiv dərci ilə ənənəvi həyat tərzini təbliğ edən mühafizəkar bloqerləri təsvir edir.
“Delulu” (“delusional” sözündən) posthəqiqət dövrü ilə əlaqələndirilir. Əvvəlcə bu termin öz kumirləri ilə münasibətlərə inanan K-pop pərəstişkarlarını ələ salmaq üçün istifadə olunurdu. Daha sonra “delulu is solulu” memi (“solution” sözündən) milyardlarla baxış qazanıb və hətta Avstraliyanın baş naziri də bu variasiyadan istifadə edib.
Digər yeniliklər arasında “broligarchy” (bro + oligarchy) – texnoloji biznesdə nüfuzlu kişilər qrupu, “mouse jiggler” – kompüter fəaliyyətini təqlid edən cihaz və “work spouse” – xüsusilə yaxın və etibarlı iş yoldaşı.
oxu.az