EN

Pezeşkian Ermənistana buna görə gedir Bakı detalı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Ermənistana və daha sonra Belarusa səfərimin məqsədi İranın özəl şirkətlərinin rolunu gücləndirmək və əvvəllər də əldə edilmiş razılaşmaları, xüsusilə birgə investisiya layihələrini inkişaf etdirmək məqsədi daşıyacaq”. 

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşian “Mehr” agentliyinə açıqlamasında deyib.

O, bazar günü İran-Ermənistan münasibətlərinə həsr olunan görüşdə enerji, nəqliyyat, ticarət, investisiyalar, səhiyyə, ekologiya, elm, mədəniyyət və turizm sahələri üzrə müzakirələrin aparıldığını bildirib.

İran prezidenti Bakı və İrəvan arasında yaxın günlərdə imzalanmış sazişə də diqqət yetirildiyini söyləyib:

“Nəqliyyat dəhlizinin açılması ilə bağlı razılaşmada İranın milli maraqlarının qorunmasının vacibliyini vurğulandı. Biz region ölkələri ilə əməkdaşlıq imkanlarımızı genişləndirəcək və əlaqələri möhkəmləndirəcəyik”.

Qeyd edək ki, Məsud Pezeşkian avqustun 18-də Ermənistana səfər edəcək.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
50
globalinfo.az

10Sources