Şou-biznes aləmi təkcə səhnədəki uğurları ilə deyil, həm də qalmaqalları və məhkəmə çəkişmələri ilə diqqət çəkir.
Tanınmış ifaçılar arasında bəzən şəxsi münasibətlər, ittihamlar və sərt sözlər ucbatından dava məhkəmə zalına qədər uzanır. Xalq artistlərindən tutmuş sıravir müğənnilərə qədər bir çox tanınmış ifaçı şərəf və ləyaqətini qorumaq məqsədilə həmkarlarından şikayətçi olub.
Yenisabah.az biri-birlərini məhkəməyə verən məşhurların siyahısını təqdim edir: pizza sifarişi
Röya Ayxan - Aygün Bəylər
Röya Ayxan mərhum xanəndəni məhkəməyə vermişdi. Səbəb ARB-də yayımlanan “Səhər-səhər” verilişində Aygün Bəylərin Röyanı sənətkar hesab etmədiyini bildirməsi və sənəti biznes kimi görənlərlə əsl sənətkarların fərqləndirilməli olduğunu deməsi olmuşdu.
Aparıcı Elgiz Əkbərin Röyaya dəfələrlə “sənətkar” deməsi Aygün Bəyləri qəzəbləndirmiş, o isə qavalını götürərək verilişi tərk etmişdi.
Flora Kərimova - Afət Fərmanqızı
Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını məhkəməyə vermişdi. Səbəb olaraq Afət Fərmanqızının Xalq artistini təhqir etməsi göstərilmişdi. O, Afətin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb etmişdi.
Rəqsanə İsmayılova - Təranə Səmədova
Müğənni Rəqsanə ilə prodüser Təranə Səmədova arasında da vaxtilə məhkəmə qalmaqalı yaşanmışdı.
Rəqsanə İsmayılova - Əli Mirəliyev
Müğənni Rəqsanə İsmayılova ona “Roksi” ləqəbi ilə lağ edən Əli Mirəliyevi məhkəməyə vermişdi. Əli Mirəliyev məhkəmədə uduzmuş və Rəqsanəyə 500 manat təzminat ödəməli olmuşdu.
Nazilə Səfərli - Fatimə Fətəliyeva
Şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyevanın çəkişməsi də məhkəməyə qədər gedib çıxmışdı. Qalmaqalın səbəbi Nazilənin sosial şəbəkədə paylaşdığı sözlər olmuşdu. Nazilə Fatimə Fətəliyevaya “Ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar” demişdi.
Aysel Əlizadə - Xoşqədəm Hidayətqızı
Qalmaqala səbəb 2019-cu ildə “Səni axtarıram” verilişində Turanə Nəcəfovanın Aysel haqqında səsləndirdiyi ittihamlar və Xoşqədəm Hidayətqızının müzakirə zamanı söylədiyi sözlər olmuşdu. Uzun sürən məhkəmə prosesindən sonra Bakı Apellyasiya Məhkəməsi qərar vermişdi ki, Xoşqədəm Hidayətqızı Aysel Əlizadəyə 3000 manat mənəvi təzminat ödəməlidir.
İlhamə Quliyeva - Nazpəri Dostəliyeva
Mərhum Xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanı da məhkəməyə vermişdi. Səbəb isə Nazpərinin onun dövlət tərəfindən verilən statuslarını saxta adlandırması olmuşdu. Nəticədə İlhamə Quliyeva qalib gəlmiş və 25 min manat təzminat almışdı.
Aygün Kazımova - Natəvan Həbibi
Xalq artisti Aygün Kazımova müğənni Natəvan Həbibiyə qarşı təhqiramiz ifadələr işlətmiş, nəticədə Natavan onu məhkəməyə vermişdi. Məhkəmə Natavan Həbibinin xeyrinə yekunlaşmışdı. Hazırda məşhurlar barışıblar.
Mehriban Xanlarova - Kərim Abbasov
Əməkdar artist Mehriban Xanlarova müğənni Kərim Abbasovu məhkəməyə vermişdi. Buna səbəb Kərimin aktrisanın açıq-saçıq fotosunu sosial şəbəkədə paylaşaraq onu təhqir etməsi olmuşdu. M.Xanlarova məhkəmədə qalib gəlmiş və 1000 manat təzminat almışdı.
Aydan Hacı
Telegram kanalımız