EN

Sırski: Rusiya Pokrovski və Zaporojye istiqamətlərində aktiv hücumlara hazırlaşır

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib ki, cəbhədə vəziyyət son dərəcə gərgin olaraq qalır və Rusiya strateji hücum əməliyyatını davam etdirir.

Onun sözlərinə görə, hazırda Rusiya qoşunları yenidən qruplaşma aparır və iki əsas istiqamətdə qüvvələrini cəmləşdirir.
“Rusiya üçün həlledici olaraq qalan Pokrovski istiqamətidir. Bundan başqa, düşmən Sum istiqamətindən Zaporojyeyə bölmələrini köçürür. Bu da o deməkdir ki, ikinci istiqamətdə də aktiv hücum əməliyyatlarına başlamağı planlaşdırırlar”, – deyə Sırski RBC-Ukrayna-ya müsahibəsində qeyd edib.

Baş komandan əlavə edib ki, Zaporojye istiqamətində hazırda döyüşlərin intensivliyi nisbətən aşağı olsa da, Rusiya ordusu burada da ötən ildən planlaşdırılan güclü zərbə endirməyə çalışır.

//Samir Qurbanov, Editor.az

Chosen
19
4
editor.az

10Sources